Sabirabad rayonunun Nərimankənd kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

KİA və “QAZ-24” markalı avtomobillər toqquşub. AvtoReyd.Az Apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində “QAZ-24”-ün sürücüsü, Sabirabad rayonunun Soltanabad kənd sakini, 1972-ci il təvəllüdlü Bağırov Vüqar Səfər oğlu və KİA-nın sərnişinlərindən İmişli sakini, 1961-ci il təvəllüdlü Əliyev Sərxoş Əlizadə oğlu ölüblər. KİA-nın sürücüsü, İmişli rayonunun Kürdmahmudlu kənd sakini, 1955-ci il təvəllüdlü Xudiyev Əlibrahim Əliş oğlu və digər sərnişinlər yaralanıblar.

Xəsarət alanlardan ikisi Sabirabad Rayon Mərkəzi Xəstəxanasına, digər ikisi isə Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yol qəzasının təfərrüatları araşdırılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.