İmişli rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat veir ki, hadisə şəhərin Nəcməddin Savalanov və Nəriman Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ-2107” markalı iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri – İmişli rayonunun Cəfərli kənd sakini Rövşən Mirzəli oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.