Avtoreyd.Az Hadisə Masazırda uşağı vuran sürücü qaçıb

Masazırda uşağı vuran sürücü qaçıb


Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, qəsəbə ərazisində piyadalar üçün nəzərdə tutulmuş zolaqdan keçmək istəyən 10-13 yaşlı oğlanı avtomobil vurub.

Sürücü maşınla ərazidən uzaqlaşıb. Lakin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin avtomobili onu təqib edərək yaxalayıb. Qəzada xəsarət alan azyaşlı ətrafdakıların köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.

AvtoReyd.Az

Related Post

Bakıda maşın universitetin hasarına çırpıldı: qadın sərnişin pəncərədən bayıra çıxdı – FOTOBakıda maşın universitetin hasarına çırpıldı: qadın sərnişin pəncərədən bayıra çıxdı – FOTO

Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az report-a istinadən xəbər verir ki, Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan “90-TF-087” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı