Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “Mercedes” markalı avtomobil qazılmış xəndəyə düşüb.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, həmin prospektdə bir müddətdir ki, kanalizasiya xətlərinin yenilənməsi işləri görülür. Avtoqəza baş verməzdən əvvəl orada xəbərdaredici nişanların olmadığı, yalnız ərazinin lentlə hasarlandığı deyilir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.