Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib.

Belə ki, “VAZ 2107”, “VAZ 21099” və YPX-yə aid “BMW” markalı avtomobillər toqquşub. Toqquşmanın təsirindən “BMW” idarəetmədən çıxaraq səkiyə qalxıb. Qəza nəticəsində sürücülər yüngül xəsarətlə qurtulsa da, “VAZ 2107”-də olan və xəsarəti nisbətən ciddi olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.