Yevlaxdan Bakıya gələn “Mercedes” markalı mikroavtobusun Hacıqabul rayonunda qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AvtoReyd.Az Apa-ya istinadən xəbər verir ki, bu barədə işi araşdıran polis əməkdaşları bildirib.
Bildirilir ki, sürücü Abdulrəhimov Elvin Elşən oğlunun idarə etdiyi mikroavtobusun qarşısına iribuynuzlu heyvan çıxdığı üçün qəza baş verib.