Braziliyada sürücü avtomobili yolu bağlayan etirazçıların üstünə sürüb. AvtoReyd.Az APA TV-nin istinadən xəbər verir ki,, hadisə San-Pauluda qeydə alınıb.
Yolu kəsən kütlə əmək qanunveriliciyinə edilən dəyişikliklərə etiraz edib.
Sürücülərdən biri yoluna davam etmək istəsə də buna imkan verilməyib. Aksiya iştirakçıları ona təzyiq etməyə başlayıb.
Əsəbiləşən şəxs anidən maşını onların üstünə sürüb.
Avtomobil bir neçə nəfərin üstündən keçib.
Xəsarət alan iki qadın xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağırdır. Sürücü saxlanılıb.