Avtoreyd.Az Hadisə Restoran menecerindən qayğıkeş addim.

Restoran menecerindən qayğıkeş addim.


AvtoReyd.Az-ın verdiyi xəbərə görə Paula Şults yoldaşı ilə restoranda dincəlirmiş. Ər-arvad axşam bir az şərab içdikdən sonra risk etməyib  sükan arxasına sərxoş halda oturmamaq uçun evə taksidə getməyə qərar verdirlər.Növbəti gün öz avtomobilini götürmək üçün Paula restorana qayıdanda ön şüşədə o çox məzəli və ilham verən qeydi tapıb. Paula öz Facebook  səhifəsində bu şəkillərlə bölüşüb və bu yazı sosial şəbəkəni biri-brinə vurub! Buyurun restoranın meneceri ona yazdığını sizə təqdim edirik:

Hörmətli Qonaq,

“Sizə avtomobilinizi bizim avtodayanacağımızda qoydunuz üçün təşəkkür edirik. Biz sizə çox minnətdarıq ona görə ki, siz sükan arxasına sərxoş halda əyləşmirsiniz. Belə məsuliyyətli davranışa görə siz bizim ən dadlı toyuq qanadcıqlarımızın yarım kiloqram dəyərində vauçer alırsınız. Həyatı qiymətləndirin və sizə xoş istirahət günləri arzulayırıq!”

Paulaya müraciəti yazmış həmin o menecer Cey Mak Lian deyir ki, belə qeydləri qoymağa başlayarkən o, insanları sərxoş halda sükan arxasına oturmaqdan çəkindirməyə çalışır.O, hesab edir ki, sərxoş sürücülərlə mübarizə aparmaq hər şeydən əvvəl dəstəklə və yaxşı nümunəylə müşahidə olunmalıdır.

AvtoReyd.Az

Related Post