Avtoreyd.Az Hadisə Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların bacısının əri qəzada dünyasını dəyişib

Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların bacısının əri qəzada dünyasını dəyişib


Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Xanabad kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” markalı maşın “Pikap” tipli avtomobillə toqquşub. Qəza nəticəsində Şəki rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Şəki rayon sakinləri – 1986-cı il təvəllüdlü Məmmədkərimov Əli Mövsüm oğlu, 1991-ci il təvəllüdlü Məmmədkərimov Mahal Mövsüm oğlu, 1988-ci il təvəllüdlü Pirməmmədov Turan Namiq oğlu və 1991-ci il təvəllüdlü Orxan Allahverdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Xatırladaq ki, qəzada dünyasını dəyişən Mövsüm Məmmədkərimov Gülyanaq və Gülyaz Məmmədovaların bacısının əridir. Qəza baş verən avtomobildə M.Məmmədkərimovun 2 övladı da olub. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

AvtoReyd.Az

Related Post