Sumqayıtda zəncirvarı qəza baş verib.

AvtoReyd.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Opel Zafira” markalı avtomobil qarşısında hərəkətdə olan “VAZ-21015” markalı avtomobilə dəyib. Zərbənin təsirindən “VAZ-21015” markalı avtomobil “Mercedes“ə çırpılıb. Yoldan çıxan “Mercedes” ağaclara dəyib.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

https://www.youtube.com/watch?v=Ohcdc-GLV1o

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.