Bu gün Bakı Metropoliteninin “Əhmədli” stansiyasında intihara cəhd hadisəsi olub.
AvtoReyd.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə səhər 10:40 radələrində baş verib. Metro əməkdaşı İsa Musayev sərnişinin əsəbi vəziyyətdə olduğunu və özünü relslərin üstünə atdığını bildirib.
Metropoliten əməkdaşlarının dərhal müdaxiləsi nəticəsində 70 yaşlı qoca oradan çıxarılıb. Sərnişin övladlarına təhvil verilib və hazırda vəziyyəti yaxşıdır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.