Avtoreyd.Az Hadisə Meksikanın Azərbaycandakı səfiri Bakıda avtomobil qəzasına düşüb

Meksikanın Azərbaycandakı səfiri Bakıda avtomobil qəzasına düşüb


Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib.

Məlumata görə, 58 yaşlı səfirin sürdüyü BMW marakı avtomobil Şükür Soltanovun idarə etdiyi “Toyota” ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Hərəkət edən yük maşınının altına düşən çinli qadın, möcüzə nəticəsində salamat qalıb (Video)Hərəkət edən yük maşınının altına düşən çinli qadın, möcüzə nəticəsində salamat qalıb (Video)

Avtoreyd.az bildirir ki, Çində qadın yalnız xoş təsadüf nəticəsində hərəkət edən yük avtomobilinin altında qalmağın faciəli nəticələrindən qurtulub. Hadisə noyabrın 28-də Çuntsin əyalətində baş verib. Xoşbəxtlikdən, yük maşınının sürücüsü vaxtında əyləcə