Şəkidə rayonunda yük avtomobili piyadanı vurub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini İntizar Şəmiyev idarə etdiyi 24-BF-176 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Qeysəddinov Hüseyn Yunus oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şəki Rayon Mərkəzi Xəstəxanasına catdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.