AvtoReyd.Az APA TV-ə istinadən xəbər verir ki, Binəqədi rayonu Şövkət Məmmədova küçəsində 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili dönmə əməliyyatı etmək istəyərkən Mətləb Ağakişiyevin idarə etdiyi “Ford” markalı yük avtomobili ona çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=vhGfkwbI5Is
