Lənkəranda 15 yaşlı oğlan yük maşınının altında qalaraq ölüb.
APA-nın verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib.
Rayonun Ürgə kənd sakini, 1974-cü il təvəllüdlü Əsgərov Söhbət Mirkərim oğlunun idarə etdiyi ZİL markalı yük maşının geriyə hərəkət edərkən 2002-ci il təvəllüdlü Əsgərov Ramal Zaman oğlunu vurub. 15 yaşlı oğlan hadisə yerində keçinib.Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.Qeyd edək ki, R. Əsgərov S. Əsgərovun bacısının oğludur.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.