Gəncə şəhərində yük maşını qəza törədib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, Nizami Gəncəvi prospektində hərəkətdə olan “Shacman” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək maşını maneəyə çırpıb. Qəza nəticəsində ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə və yol təsərrüfatına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.