Qəbələdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Qəbələ-Ağdaş yolunda qeydə alınıb. “QAZ 2410” markalı, 10-KD-881 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və yoldan çıxaraq elektrik dirəklərinə çırpılıb. Hadisə zamanı avtomobildə olan 3 qadın xəsarət alıb. Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən avtomobildəki şəxslər toydan qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.