Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan (99 RS 657 Dövlət Qeydiyyat Nişanlı) avtobus, “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub.

Nəticədə 7 nəfər sərnişin xəsarət alıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 qadın Təcili Tibbi Yardım avtomobili, 1 qadın isə şəxsi avtomobillə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Vəziyyətləri orta- ağır kimi qiymətləndirilir.

Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.