Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan “Fiat” markalı “99-SV-893” dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü, 1987-ci il təvəllüdlü Zamin Abbasov körpü üzərindən yeni yol qovşağına dönmə əməliyyatını həyata keçirərkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü aldığı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.