Hadisə

Sumqayıtda yanacaq doldurma məntəqəsində yanğın baş verib

Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində yerləşən YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan “Mercedes” markalı avtomobil qismən yanıb.

Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.