Avtoreyd.Az Gündəm,Hadisə DSX-dan Bakı küçələrində erməni təxribatına qəribə cavab

DSX-dan Bakı küçələrində erməni təxribatına qəribə cavab


Dünən sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub. AvtoReyd.Az bakupost.az-a istinadla xəbər verir ki, həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib. Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər. Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər.

Bu provokasiya xarakterli video qısa müddətdə sürətlə yayılıb və insanların hiddətinə səbəb olub.

AYNA məlum video ilə bağlı Dövlət Sərhəd Xidmətinin(DSX) mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirovla əlaqə saxlayıb. DSX rəsmisi məlum videodan xəbərsiz olduğunu, yalnız videonu izlədikdən sonra şərh verəcəyini bildirib. Videonu izlədikdən sonra isə R.Cahangirov sualımıza gülüşlə cavab verib və deyib: “Hanı burda erməni”.

“Erməni deyillərsə, bəs kimdilər, aydınlıq gətirin məlum videoya”, – sualımıza isə ümumiyyətlə cavab verməyib.

Dövlət qurumu əməkdaşının kifayət qədər ciddiyyət daşıyan videoya qeyri-ciddi yanaşması təəssüf doğurur.

https://www.youtube.com/watch?v=2V3nC5yftsQ

Related Post

Bu kadrlar sizi şoka salacaq – Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı (Video)Bu kadrlar sizi şoka salacaq – Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı (Video)

Bakıda marşrut sürücüsü azyaşlı uşağı qucağında otuzduraraq avtobus idarə edib. Həmin vaxt sərnişinlərdən biri sürücünün şəklini çəkərək ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərib. Sərnişin iddia edir ki, sürücü uşaq ağladığı üçün