Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, İnşaatçllar küçəsində yüksək sürətlə hərəkətdə olan 90-VV-871 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “AzSamand” markalı avtomobilə çırpılıb.

Zərbənin gücündən “Hyundai” əks yolda səkiyə çıxıb.

Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

View this post on Instagram

 

Yasamalda yol nəqliyyat hadisəsi baş verib. #az #azstagram #avtoreyd #azstagrambaku #qeza #yasamal

A post shared by AvtoReyd.Az-xeber (@avtoreyd.az) on

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.