Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 3 saylı marşrut xətti ilə işləyən “Qazel” markalı mikroavtobus yolu keçmək istəyən, 1987-ci il təvəllüdlü Hamlet Ələkbərovu vurub. Yaralı dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.