Hadisə

Bakının Ziya Bünyadov prospektində yol qəzası tıxaca səbəb olub

Nərimanov rayonunda yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

AvtoReyd.Az APA-ya istinadən  xəbər verir ki, hadisə prospektin “Koroğlu” metrosu istiqamətinə gedən hissəsində baş verib.

“Azsamand” markalı minik avtomobili nasaz vəziyyətdə olduğundan körpünün üzərində dayanıb. Bu zaman yüksək sürətlə gələn “Mercedes” markalı yük avtomobili ona çırpılıb. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

Qəza nətisində Z.Bünyadov prospektinin “20 yanvar” dairəsindən “Koroğlu” istiqamətinə gedən yolda tıxac yaranıb.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.