Avtoreyd.Az Hadisə İmişlidə baş verən qəza nəticəsində sürücü ölüb

İmişlidə baş verən qəza nəticəsində sürücü ölüb


İmişli rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi “Renault Megane” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Lənkəranda bir qrup şəxs “Azərişıq” ASC-yə məxsus avtomobili yandırıbLənkəranda bir qrup şəxs “Azərişıq” ASC-yə məxsus avtomobili yandırıb

Lənkəran rayonunda “Azərişıq” ASC-yə məxsus avtomobil yandırılıb. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Liman şəhəri, H.Aslanov küçəsində baş verib. Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə