Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Şıxondi kəndində qeydə alınıb.

Noda kənd sakini, 1985-ci il təvəllüdlü Qurbanov Mail Hətəmxan oğlunun idarə etdiyi “KİA” markalı avtomobilin qarşısına mal-qara çıxıb. Nəticədə, idarəetməni itirən sürücü maşını körpüdən çaya aşırıb.

Qəza zamanı sürücü M.Qurbanov və sərnişin, 1981-ci il təvəllüdlü Ağayev Nazim Möhəbbət oğlu hadisə yerində ölüb. Digər sərnişin, 1982-ci il təvəllüdlü Ağayev Vüsal Cəlal oğlu xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hər üç şəxs Noda kənd sakinləri olub.

Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.