Avtoreyd.Az Hadisə Xaçmaz-Quba yolunda “Toyota Prado” ağaca çırpıldı, ölən var.

Xaçmaz-Quba yolunda “Toyota Prado” ağaca çırpıldı, ölən var.


Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun Xaçmazın Yürgüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota Prado” markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib, sərnişin olan həyat yoldaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hər ikisi sıxılmış vəziyyətdə maşında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AvtoReyd.Az

Related Post

Bu dəfə qaydanı sərnişin pozdu – həm onu, həm də sürücünü cərimə gözləyir – VİDEOBu dəfə qaydanı sərnişin pozdu – həm onu, həm də sürücünü cərimə gözləyir – VİDEO

Saatda 110 km-lik sürət yolunda sərnişin ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxararaq özünü sərinlədir. Sürücü isə bu qayda pozuntusuna yol boyu göz yumaraq hərəkətini davam etdirir. AvtoReyd.Az-in xezerxeber.az-ə istinadən verdiyi məlumata