Avtoreyd.Az Hadisə Eyni yolda iki qəza tıxaca səbəb olub

Eyni yolda iki qəza tıxaca səbəb olub


Bakıda eyni yolda iki yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.

“Hazırda Ziya Bünyadov prospekti 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə edilir. Səbəb Daxili İşlər Nazirliyinin (DİN) Hospitalının qarşısında eyni anda iki qəzanın baş verməsidir”, – o qeyd edib.

AvtoReyd.Az

Related Post