Bakıda marşrut avtobusu ağır qəza törədib.

AvtoReyd.Az xəbər verir ki, hadisə Binəqədi-Novxanı yolunda baş verib.

165 saylı marşrut avtobusu yolu keçən 1958-ci il təvəllüdlü Hidayət Mahmud oğlu Əliyevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən 90 LZ 839 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Namiq Nürəddin oğlu Ağayev barəsində cinayət işi açılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.