Rusiyada magistral avtomobil yoluna çıxan nəsli tükənməkdə olan Amur pələngini maşın vurub.

AvtoReyd.Az Rusiya mətbuatına istinadən istinadən xəbər verir ki, hadisə ölkənin Primorski diyarında baş verib.

Nəticədə Amur pələngi tələf olub.

Hüquq-mühafizə orqanları qəzanı törədən sürücünün ifadəsini aldıqdan sonra onu sərbəst buraxıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, “Qırmızı kitab”a daxil edilən Amur pələnginin dünyada sayı 580-600 arasıdır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.