Çexiyalı Tomaş Kasperjik Kanar adalarında keçirilən ralli çempionatı zamanı möcüzə sayəsində qayalara çırpılmaqdan qurtulub.
Dağlıq yolla “Ford Fiyesta” avtomobilində yüksək sürətlə hərəkət edən Kasperjik sərt döngədə tarazlığını itirərək, yolun kənarındakı metal hasara çırpılıb. Elə həmin maneə də çexiyalının avtomobilini yüksək hündürlükdən dərəyə düşməkdən xilas edib.
Xoşbəxtlikdən nə sürücü, nə də şturman ciddi xəsarət almayıblar.