Tanzaniyada ibtidai sinif şagirdlərini daşıyan avtobus dərəyə yuvarlanaraq, ağaca çırpılıb.
AvtoReyd.Az-ın APA-ya istinadən məlumatına görə, qəza Karatu rayonunda qeydə alınıb.
Polisin məlumatına görə, qəza nəticəsində 34 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Məlumata görə, ölənlərdən üçü müəllim, biri sürücü, qalanları uşaqlardır.
Qəzanın səbəbləri araşdırılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.