Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Qara Qarayev metrosunun yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 2004-cü il təvəllüdlü İslamov Əli Zəki oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.