Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, avtomobil qəzası Cavadxan küçəsində baş verib.

Belə ki, “Daewoo” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında geriyə dönmə əməliyyatı yerinə yetirərkən “Toyota” markalı nəqliyyat vasitəsini idarə edən şəxs sükana nəzarəti itirərək “Daewoo”ya çırpılıb.

Qəza nəticəsində “Daewoo”da olan sərnişin xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.