Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un  verdiyi məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Liman şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Shacman” və “KamAZ ” markalı yük maşınları toqquşub. Nəticədə sürücülərdən biri, Separadi kənd sakini, 1969-cu il təvəllüdlü Mircavid Məmmədzadə ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.