Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Qabil Eldarov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü Q.Eldarov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.