Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektində naməlum avtomobil 90-KA-768 dövlət nömrə nişanlı “Kia” markalı avtomobilə qəza təhlükəsi yaradıb. “Kia“-nın sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir – red) vəziyyətdən çıxa bilməyərək, idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılıb.

Hadisə zamanı sürücü xəsarət alıb. Qəza yerinə polis əməkdaşları, eləcə də təxliyə maşını gəlib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.