Tovuz rayonunda avtomobil körpüdən aşaraq çaya düşüb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ağbaşlar kənd ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ- 21015” markalı avtomobil idarəetmədən çıxaraq çaya aşıb. Qəza zamanı avtomobildə bir neçə nəfər olub.

Onlardan Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Namiq Alıyevin xəsarəti daha ciddi olub və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.