Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunun Məlhəm kəndi ərazisində qeydə alınıb.

“VAZ 21012” markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Hadisə zamanı rayonun Qurdtəpə kənd sakinləri, 1992-ci il təvəllüdlü İslamov Fəqan Yengibar oğlu, 1983-cü il təvəllüdlü İslamov Ramin Gülbala oğlu, 1983-cü il təvəllüdlü Şirəliyev Saleh Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.