Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

AvtoReyd.Az Baku TV-yə istinadən xəbər verir ki, hadisə zamanı ev və onun sahibinə məxsus həyətyanı sahədə “Nissan”, “Lexus” və “Mercedes” markalı avtomobillər yanıb.

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.