Bakıda körpünün üstündə qəza olub, yollarda sıxlıq yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Abdulvahab Salamzadə küçəsi – Qələbə dairəsindən gələndə – Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti kəsişməsi olan hissədə, körpünün üstündə yol nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
Baş verən qəza səbəbindən Qələbə dairəsində sıxlıq müşahidə olunur.