Avtoreyd.Az Hadisə Paytaxtda qəza zamanı Ukrayna vətəndaşı ağır xəsarət alıb

Paytaxtda qəza zamanı Ukrayna vətəndaşı ağır xəsarət alıb


Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

AvtoReyd.Az APA – ya istinadən xəbər verir ki, hadisə Vaqif prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində baş verib.

Ukrayna vətəndaşı, 1991-ci il təvəllüdlü Dovqan Konstantin Vladromoviç idarə etdiyi mopedlə eyni istiqamətdə hərəkətdə olduğu “Toyota” markalı avtomobilə çırpılıb. Mopedin sürücüsü ağır bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Minik avtomobilinin sürücüsü Vahid Mərdənov  bildirib ki, moped onun sağ tərəfində eyni istiqamətdə hərəkət edən zaman qəfil sola manevr edərək maşına çırpılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır.

Related Post