Avtoreyd.Az Hadisə Bakının mərkəzində minik maşını aşıb, ölən və yaralanan var – FOTO

Bakının mərkəzində minik maşını aşıb, ölən və yaralanan var – FOTO


Bakının Xətai rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Qarayev Fərahim Nazim oğlunun idarə etdiyi “Oka” markalı, “22-BE-411” dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Nəticədə sürücü F.Qarayev ölüb. Avtomobildə olan sərnişin, 37 yaşlı Abbasova Alidə Abbas qızı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

 

Related Post

Bakıda binada güclü yanğın – Yanğınsöndürənlər alovun qarşısını ala bilmir (Video)Bakıda binada güclü yanğın – Yanğınsöndürənlər alovun qarşısını ala bilmir (Video)

Bakıda çoxmərtəbəli binada güclü yanğın baş verib. AvtoReyd.Az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda, köhnə “Bolluq” bazarı ərazisində qeydə alınıb. Yanğın yeni tikilməkdə olan çoxmərtəbəli binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə