Kürdəmirdə baş verən yol qəzasında ata və qızı xəsarət alıb. APA -nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Kürdəmir rayonunun Qarasaqqal kənd sakini, 1994-cü il təvəllüdlü Mərhəmət Zəfər oğlu Abdullayev idarə etdiyi “VAZ-21015” markalı maşınla hərəkətdə olarkən qarşıdan gələn “VAZ-2107” markalı maşınla toqquşub.

Nəticədə  “VAZ-21015” markalı maşının sürücüsü  M. Abdullayev və onun 2016-cı il təvəllüdlü qızı Röya Abdullayeva müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.