Avtoreyd.Az Hadisə Yevlaxda dəhşətli qəza: 6 nəfər ölüb – YENİLƏNİB + FOTO

Yevlaxda dəhşətli qəza: 6 nəfər ölüb – YENİLƏNİB + FOTO


Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.

 AvtoReyd.Az-ın Report-a istinadən məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub.

Ölənlərdən üçü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, “Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.

Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub.

Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

 AvtoReyd.Az

Related Post

Paytaxtda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpıldı (Video)Paytaxtda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpıldı (Video)

Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpılıb. AvtoReyd.Az “musavat.com”a istinadən xəbər verir ki, bu gün axşam saatlarında 143 saylı marşrut avtobusu (10-TG-614) yoldan çıxaraq “Avtovağzal dairəsi” nin yaxınlığında yerləşən “Ozan” yanacaqdoldurma