Avtoreyd.az bildirir ki, Novosibirsk şəhərində iki nəfər “Qlobus” teatrı ilə “Oktyabrsk” metro stansiyası arasındakı məsafəni trolleybusun salonunun arxasındakı xidməti nərdivandan sallanmaqla qət ediblər. Əyləncə iştirakçılarının bu addımı, həmçinin onlardan birinin yaşının çox olması sosial şəbəkələrdə ciddi tənqid və müzakirələrə səbəb olub.
Xatırladaq ki, 2017-ci ilin mart ayında Rusiyanın Dövlət Duması nəqliyyatda xuliqanlıq edənlərin cəzalandırılması ilə bağlı qanuna edilən düzəlişi ikinci oxunuşdan qəbul edib. Hazırda həmin şəxsləri bu əməllərinə görə ya 150 min rubldan 300 min rubla qədər cərimə, ya da iki ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.