Hindistanın Bihar ştatının Navada dairəsində avtobus aşıb.

AvtoReyd.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 50 nəfər xəsarət alıb. Onlardan 12-nin vəziyyəti ağırdır.

Polisin məlumatına əsasən sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşaraq su kanalına düşüb.

Hadisəyə ilkin səbəb kimi sürücünün sükan arxasında yatması göstərilir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.