Mayın 14-də Sumqayıtda baş vermiş qətlin üstü açılıb.
AvtoReyd.Az  Lent.az-a istinadən xəbər verir ki, həmin gün saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin “VAZ-2107” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.
Faktla əlaqədar cinayət işi başlanılıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.