Bakının Nizami rayonunda yolu keçmək istəyən qadını avtomobil vurub.

AvtoReyd.Az “Report-a”istinadən xəbər verir ki, hadisə metronun Neftçilər stansiyası yaxınlığında baş verib.

Yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Baxçıyeva Svetlana Nikolayevnanı naməlum markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan S.Baxçıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.