Avtoreyd.Az Hadisə Heydər Əliyev prospektində yüksək sürət qəzaya səbəb olub, 1 nəfər yaralanıb – FOTO – YENİLƏNİB

Heydər Əliyev prospektində yüksək sürət qəzaya səbəb olub, 1 nəfər yaralanıb – FOTO – YENİLƏNİB


Bakının Nərimanov rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

“Tofaş” markalı avtomobildə “Koroğlu” metrostansiyası istiqamətində yüksək sürətlə hərəkət edən 1974-cü il təvəllüdlü Valeh Məmmədov idarəetməni itirərək ikinci yola keçib və burada kənarda duran “Mercedes”ə çırpılıb.

Hadisə nəticəsində “Tofaş”ın sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

“Mercedes”in Suraxanı Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərliyə məxsus olduğu bildirilir.

AvtoReyd.Az

Related Post

Sabirabadda inək qəzaya səbəb oldu: ər və arvad yaralandı – VİDEOSabirabadda inək qəzaya səbəb oldu: ər və arvad yaralandı – VİDEO

Bəhrəmtəpə magistral yolunun Sabirabad rayonu Nərimankənd ərazisindən keçən hissəsində qəza olub. AvtoReyd.Az -ın Arbtv-yə istinadən verdiyi məlumata görə, “Mersedes” markalı avtomobilin qarşısına inək çıxması nəticəsində sürücü idarəetməni itirib. Bu zaman avtomobil “Ford” markalı